Meksika hakimiyyəti ABŞ prezidenti Donald Trampın çoxdankı tələbinə uyğun olaraq Çindən idxal edilən mallara rüsumları artırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Hesab edilir ki, tarif artımı Çindən gətirilən avtomobil, tekstil və plastik məmulatlara təsir edəcək.
Digər Asiya ölkələrinə də yüksək tariflərin tətbiq ediləcəyi gözlənilir.
Bundan başqa tariflərin ölçüsü ilə bağlı yekun qərar hələ verilməyib. Vaşinqtonun təzyiqi ucuz Çin mallarının ABŞ-a idxalının qarşısını almaq istəyi ilə izah olunur.
Amerika administrasiyası iddia edir ki, Çindən məhsullar əvvəlcə Meksikaya, oradan da ABŞ-yə gətirilir.