“Bloomberg”: Almaniya ABŞ-a qarşı sanksiya hazırlayır

Əgər rəsmi Vaşinqton "Şimal axını-2”yə qarşı yeni tədbirlər görsə, Almaniya ABŞ-a qarşı sanksiyalara hazırdır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

"Əgər prezident Donald Tramp "Şimal axını - 2" qaz kəmərini “öldürməyə” təhlükə törətsə, Almaniya Birləşmiş Ştatlara cavab zərbəsi endirməyə hazırlaşır", - nəşr yazır.

Qeyd edilir ki, Almaniya kansleri Angela Merkel ümumi hərəkətlərə təşəbbüs etmək üçün Avropa Birliyinə təzyiq göstərə bilər.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12