“ABŞ Konqresinə qarşıdan gələn aralıq seçkilərin nəticələri Vaşinqtonun Kiyevə verdiyi dəstəyə təsir etməyəcək”.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “CBS” telekanalına müsahibəsində deyib.
“İndi biz ABŞ-da Ukraynaya ikipartiyalı dəstəyin şahidi olduq”, - diplomat bildirib.
Blinken qeyd edib ki, həm respublikaçılar, həm də demokratlar Ukrayna xalqına kömək etməkdə qərarlıdırlar:
“Mən bunun əsaslı şəkildə dəyişəcəyini proqnozlaşdırmıram. Heç kim gələcəyi proqnozlaşdıra bilməz, lakin indiyə qədər gördüklərimizə əsasən, məncə, dəstək var, o, sarsılmazdır və ikipartiyalıdır”.