Blinken avropalı həmkarları ilə Ukraynanı müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Fransa, Almaniya və Böyük Britaniyadan olan həmkarları ilə virtual görüş keçirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

Xarici siyasət idarələrinin rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Blinken ABŞ-ın Ukraynaya və onun qonşularına 2,8 milyard dollardan çox əlavə hərbi yardımın elan edilməsi barədə məlumat verib.

Diplomatlar Ukraynaya gələcək humanitar və hərbi yardımın göstərilməsinin vacibliyini qeyd ediblər.

Digər xəbərlər