Qırğız Respublikasının paytaxtı Bişkekdə ötən gecə baş verən iğtişaşlar zamanı 40 nəfər saxlanılıb.
“Report” “24”a istinadən xəbər verir ki, paytaxt polisinin yaydığı məlumata görə, 1,5 minədək naməlum maskalı şəxs əllərində dəyənək şəhərdə iğtişaş törədərək parlament binasına, habelə ticarət mərkəzlərinə soxulmağa cəhd göstərib, yolları bağlayıb, jurnalistlərə hücum ediblər.
Qeyd olunur ki, ötən gün saxlanılan sabiq prezident Almazbek Atambayevin 1000-dək tərəfdarı paytaxtın mərkəzi meydanında toplaşaraq hazırkı dövlət başçısı Sorunbay Jeenbekovun istefasını tələb ediblər. Daha sonra aksiya iştirakçıları polis tərəfindən dağıdılıb.