Bill və Hillari Klintonun Nyu-Yorkdakı evində yanğın baş verib - FOTO

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun keçmiş dövlət katibi olan həyat yoldaşı Hillari Klintonun Nyu-York ştatının Çappakva şəhərciyində yerləşən evində yanğın baş verib.

"Report" "Lohud" nəşrinə istinadən xəbər verir ki, hazırda hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb ediliblər.

Hadisə zamanı siyasi xadimlərin mənzildə olub-olmadıqları məlum deyil.

Yanğının səbəbləri araşdırılır.