Bazar günü səhər tezdən İsrailin Beyrutun mərkəzindəki Ramada otelindəki bir otağa hava hücumu nəticəsində ən azı dörd nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Reuters İsrail hərbi rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, hədəf Livan paytaxtında fəaliyyət göstərən İran komandirləri olub.
Bu, İsrail və Hizbullah arasında ötən həftə döyüşlərin yenidən başlamasından bəri Beyrutun mərkəzinə ilk hücum olub. İsrail hədəflərin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) "Qüds" qvvələrinin əsas komandirləri olduğunu bildirib, lakin onların adlarını çəkməyib.
Oteldə Livanın cənubunda və Beyrutun cənub ətraflarında müharibədən qaçan məcburi köçkünlər yaşayırdı. Hücumdan sonra bəziləri əlavə hava hücumlarından qorxaraq binadan qaçıblar.