Berni Sanders prezident seçkiləri üzrə praymerizin qalibi oldu

Senator Berni Sanders qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Nyu-Hempşirdəki praymerizinin qalibi olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, dairələrin 90%-nin nəticələrinə görə, 78 yaşlı B.Sanders seçicilərin 26%-nin (70 mindən çox) səsini qazanıb.

İkinci yerdə 24,4% səslə sabiq mer Pit Butticiç, üçüncü yerdə isə senator Emi Klobuşar (19,8%) gəlir.

Səsvermə nəticələrinin yekun olmamasına baxmayaraq, mütəxəssislər və aparıcı ABŞ KİV-i vəziyyətin dəyişməyəcəyini və qalibin artıq müəyyənləşdiyini bildirir.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10