E5 ölkələrinin (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa) liderlərinin Ukrayna münaqişəsi ətrafındakı vəziyyətin müzakirəsi üçün görüşü iyunun 24-də Berlində keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə İtaliya hökuməti məlumat yayıb.
Tədbirdə İtaliyanın Baş naziri Corcia Meloni iştirak edəcək.
E5 qrupu 2024-cü ildə Avropanın yenidən silahlanmasına çağırışların güclənməsi və Ukraynanın Rusiya işğalına qarşı mübarizəsinin dəstəklənməsi üçün fəaliyyətlərin koordinasiyasının yaxşılaşdırılması fonunda yaradılıb. Onun iştirakçıları hərbi xərclər və müdafiə potensialına görə ən böyük beş Avropa ölkəsidir. İlk il ərzində format müdafiə nazirlərini birləşdirirdi, lakin sonradan ali səviyyəli görüşlərə – dövlət liderlərinin iştirakı ilə keçirilən görüşlərə çevrildi.