Berlində atışma olub: ölən və yaralananlar var

Bakı. 16 sentyabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində atışma olub.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib. 

Berlin polisinin "Twitter"-də yaydığı xəbərdə bildirilir ki, hadisə Berlinin Hoenşyonhauzen rayonunda, gecə klubu yaxınlığında qeydə alınıb. İnsident zamanı azı bir nəfər öldürülüb, daha üç nəfər xəsarət alıb.

"Gecə Hoenşyonhauzendə, gecə klubunun yaxınlığında baş vermiş atışmada 3 nəfər xəsarət alıb, 1 nəfər öldürülüb", - deyə polisin xəbərində bildirilir.

Hadisə barədə əlavə məlumat verilmir. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12