Berlin kafedral kilsəsində atışma olub

Bakı. 3 iyun. REPORT.AZ/ Bazar günü Berlin kafedral kilsəsində polis naməlum şəxsə atəş açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Berliner Morgenpost” nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində bir polis yaralanıb. İnsidentin başqa təfərrüatları məlum deyil.

Berlin kafedral kilsəsi Almaniyanın ən böyük Yevangeliya məbədidir. O, 1894-1905-ci illərdə hakim Hohensollen sülaləsinin saray kilsəsi kimi inşa edilib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12