Belfastda çoxmərtəbəli binada güclü yanğın baş verib

Bakı. 15 noyabr. REPORT.AZ/ Şimali İrlandiyanın paytaxtı Belfastda çoxmərtəbəli binada güclü yanğın baş verib.

“Report” xəbər verir ki, ilkin məlumatlara görə, yanğın binanın 9 və ya 10-cu mərtəbəsində qeydə alınıb. Bütün sakinlər təxliyyə edilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ərazidə yanğınsöndürmə işləri davam edir.

Digər xəbərlər