Belçikada son sutkada koronavirusdan daha 230 ölüm hadisəsi qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belçika Səhiyyə Nazirliyinin COVID-19-a qarşı mübarizə qərargahı yayıb.
Bildirilib ki, son sutkada daha 908 yoluxma faktı qeydə alınıb. Bununla da ölənlərin ümumi sayı 6 490-a, yoluxanların sayı isə 42 797-yə çatıb.
Krallıqda epidemiya ilə əlaqədar sosial təcrid mayın 3-dək qüvvədə qalacaq.