Belçikada güclü partlayış olub, ölən və yaralananlar var

Bakı. 13 sentyabr. REPORT.AZ/ Belçikada güclü partlayış baş verib. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Antverpen şəhərindəki liman yaxınlığında yerləşən tullantılar emalı müəssisəsində qeydə alınıb. 

Nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Partlayışa güclü yanğının səbəb olduğu bildirilir. 

Digər xəbərlər