Belçika Rusiya aktivlərindən Ukraynaya yardım kimi istifadə edəcək

Belçika Rusiyanın dondurulmuş aktivlərindən alınan 101 milyon dollar vergidən Ukraynaya kömək etmək üçün istifadə edəcək.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu məbləğin yarısı zirehli texnika, silah və sursat kimi hərbi məhsulların tədarükünə sərf olunacaq.

Digər yarısı isə humanitar dəstəyə, Ukraynanın gələcək yenidən qurulmasına və Belçikanın ölkədəki diplomatik mövcudluğunun gücləndirilməsinə yönəldiləcək.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10