Bəhreynin Xarici İşlər Nazirliyi ölkənin İraqdakı səfirliyinə hücum aktını pisləyib.
"Report" xəbər verir ki, bu barədə ölkənin "Bahrain News Agency" dövlət agentliyi məlumat yayıb.
Bildirilir ki, hücumdan sonra səfir Salah əl-Malikinin məsləhətləşmə aparılması üçün geri çağırılması qərara alınıb.
Hücumu krallıqda ABŞ tərəfindən Fələstinlə bağlı təşkil olunan görüşlərdən narazı kütlə edib.