BƏƏ-nin Əl-Fuceyrə limanında bir neçə partlayış baş verib

BƏƏ-nin tərkibinə daxil olan Əl-Fuceyrə əmirliyinin limanında bir neçə partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən "Al Mayadeen" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, limanda təmirə dayanan bir neçə tankerdə yanğın baş verib. Nəticədə təqribən 7-10 neft tankerini alov bürüyüb. Liman üzərində Fransa və Amerika hərbi təyyarələri müşahidə olunur.

Digər xəbərlər

Estoniya Moldovada səfirlik açır 05 oktyabr, 2026 / 20:31