BƏƏ-nin dövlət naziri: “Yaxın Şərqdə daha geniş müharibə başlaya bilər”

“Yaxın Şərqdə daha geniş müharibə başlaya bilər”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Nura əl-Kaabi deyib.

O bildirib ki, BƏƏ regionda atəşkəsi təmin etmək üçün səylə çalışır: “Biz bu müharibəni dayandırmağa çalışırıq. Amma döyüşlərin regiona yayılması riski realdır”.

Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.

Digər xəbərlər