BƏƏ "Əl-Cəzira" telekanalının bağlanılması tələbi ilə BMT-yə müraciət edib

Bakı. 12 iyul. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyi BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Rəad əl-Hüseynə müraciət ünvanlayıb. 

"Report"un verdiyi xəbərə görə, bu barədə BƏƏ-nin WAM İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, sənəddə bir sıra ərəb dövlətinin "Əl-Cəzira" telekanalının bağlanılmasına dair tələbi dəstəklənir. 

"Söz azadlığı ekstremizmin müdafiəsi və haqlı çıxarılması üçün istifadə edilə bilməz", - müraciətdə deyilir. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09