Bayden Si Cinpinlə görüşəcək

ABŞ Prezidenti Cozef Bayden Çinin dövlət başçısı Si Cinpin ilə görüşmək niyyətində olduğunu bildirib, lakin mümkün danışıqların tarixini açıqlamayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı ABŞ dövlət başçısından yaxın vaxtlarda Çin lideri ilə görüşüb-görüşməyəcəyi soruşulub. O isə cavabında “Yaxın vaxtlarda olub-olmayacağını bilmirəm, amma biz görüşəcəyik” söyləyib.

Digər xəbərlər