Baş nazir İŞİD-ə qarşı zərbələrə qoşulmağın vacib olduğunu bildirib

Bakı. 16 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Devid Kemeron Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə aviazərbələr vurmağın vacib olduğunu bildirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu məsələ ilə bağlı yenidən parlamentarilərə müraciət edəcək.

"Bu məsələni yenidən qaldıracam", - baş nazir BBC radiosatansiyasına açıqlamasında deyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09