Bakı. 2 oktyabr. REPORT.AZ/ Barselonada Kataloniya parlamentinin binası yaxınlığında aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub.
"Report" xəbər verir ki, bu barədə "La Vanguardia" nəşri məlumat yayıb.
Nəşrin xəbərinə görə, etiraz aksiyasının iştirakçıları polislərə şüşə qablar – bankalar və butılkalar atıblar. Aksiyada xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Qeyd edək ki, aksiya Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun ildönümü ilə bağlı keçirilib. Mitinqdə 180 min insan iştirak edib.
Etirazçılar bundan əvvəl Kataloniyada magistral yolları bağlayıblar.