Banqladeşdə qasırğaya görə bir milyona yaxın adam təxliyyə olunur

Bakı. 30 may. REPORT.AZ/ Banqladeş hökuməti "Mora" qasırğasının gəlişi səbəbindən ölkənin şərq sahilində insanların təxliyyəsi ilə məşğul olur.

"Report" BBC-yə istinadən xəbər verir ki, köçürülən insanların sayı 1 milyon nəfər səviyyəsinə çata bilər.

Qasırğa yaxın saatlarda ölkənin şərq sahilindən gözlənilir. Hökumət həmin ərazilərdə ən yüksək təhlükə səviyyəsi elan edib.

Digər xəbərlər