Banqladeşdə qasırğa 26 nəfərin ölümünə səbəb olub

Ötən gün Hind yarımadasının şimal-şərq hissəsini vuran “Bulbul” qasırğası nəticəsində Banqladeşdə azı 26 nəfərin öldüyü bildirilir.

“Report” “Daily Star”a istinadən xəbər verir ki, yerli hökumət sahil bölgələrindən 2 milyonadək sakinin köçürüldüyünü, 100 mindən çox yaşayış evinin zədələndiyini, 300 min hektar əkin sahələrinə ziyan vurulduğunu açıqlayıb. 

Həmçinin təbii fəlakətdən əvvəl dənizdə 50-dən çox bağlıqçı itkin düşüb.

Fəlakət bölgələrində axtarış-xilasetmə işləri görülür.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10