Bakı. 2 iyul. REPORT.AZ/ Banqladeşdə Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Bangla Tribune" məlumat yayıb.
Məlumata görə, hadisə axşam saatlarında, təlim uçuşu vaxtı baş verib. Qəza nəticəsində 2 nəfər həlak olub. Onların heyət üzvü olduqları bildirilir.
Qəzanın təhqiqatı məqsədilə xüsusi komitə yaradılıb.