Banqladeşdə avtobusun gölə aşması nəticəsində 17 nəfər ölüb

Banqladeşdə sərnişin avtobusunun şosedən çıxaraq gölə aşması nəticəsində azı 17 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

İlkin ehtimala görə, avtobusun təkəri partlayıb və sürücü idarəetməni itirib. Nəticədə avtobus yol kənarındakı gölə aşıb.

Sərnişinlərdən 13-ü yerindəcə, 4-ü xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib. Ölənlərin yeddisi azyaşlı, beşi qadındır.

Digər xəbərlər