Bağdadın beynəlxalq hava limanına raket hücumu olub

İraqın paytaxtı Bağdadda yerləşən beynəlxalq hava limanına raket hücumu olub.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla gecə 5 radələrində baş verib.

Hücum nəticəsində xəsarət alan olmayıb. Hökumət hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, oxşar hadisə 5 gün əvvəl də baş vermişdi.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10