​Bağdadda üç partlayış törədilib, 9 nəfər ölüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Ötən gün İraqın paytaxtı Bağdad şəhərində üç partlayış baş verib. Nəticədə 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, birinci partlayış Bağdaddan 25 km. şimalda yerləşən buraxılış məntəqəsində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.

Partlayış zamanı beş qanun keşikçisi ölüb, bir mülki şəxs yaralanıb.

İkinci partlayış şəhərin şimal-qərb rayonunda qeydə alınıb. Burada iki nəfər ölüb, 9 nəfər yaralanıb. Üçüncü partlayış paytaxtın cənub hissəsində törədilib. Burada bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Digər xəbərlər