Bağdadda terrorçu kamikadze özünü partladıb, 12 nəfər ölüb

Bakı. 24 noyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda yanacaqdoldurma məntəqəsinin yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 12 nəfər ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli polis əməkdaşları və tibb işçiləri bildiriblər.

Hadisə Bağdadın cənubunda törədilib, təfərrüatları dəqiqləşdirilir.

Digər xəbərlər