Bakı. 7 noyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda bir neçə yerdə törədilən partlayışlar nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İraqın təhlükəsizlik qurumları məlumat yayıb.
Məlumata görə, partlayışlar Bağdadın Əl-Beyya, Əl-Hüseyniyyə, Əl-İskan və Bəsmaya rayonlarında törədilib.
Terror aktlarına görə, hələlik məsuliyyəti üzərinə götürən olmayıb.