Bağdadın ABŞ səfirliyinin yerləşdiyi ərazisində 2 raket partladı

İraqın paytaxtı Bağdadın “Yaşıl zona” adlandırılan ərazisi raket atəşinə məruz qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin olduğu ərazidə iki raket partlayıb. Ərazidə eyni vaxtda həyəcan siqnalları da işə düşüb. 

İlkin məlumata görə, raketlər Bağdadın şərq hissəsindən atılıb.

Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12