​Bağdad hava limanının ərazisi atəşə tutulub

Bakı. 4 iyul. REPORT.AZ/ Bağdad Beynəlxalq Hava Limanının ərazisi atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, mərmilər aeroporta aid əraziyə düşüb. Kanal hadisənin detallarını açıqlamır.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45