Azov dənizində baş verən hadisə ilə bağlı Avropa İttifaqında tədbir keçirilə bilər

Bakı. 26 noyabr. REPORT.AZ/ Avstriya xarici işlər naziri Karin Knaysl Azov dənizinin Kerç boğazındakı hadisə ilə bağlı Avropa İttifaqının (Aİ) Siyasət və Təhlükəsizlik Komitəsinin iclasını keçirməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Avstriya hökuməti hazırda hadisə ilə bağlı məlumatların toplanması və müqayisəli təhlili ilə məşğuldur.

Nazir yaranan vəziyyətə dair Aİ-nin müştərək mövqeyini ifadə etmək üçün belə bir iclası zəruri bildiklərini vurğulayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10