Avstriyada sərnişin qatarı yük vaqonu ilə toqquşub, 16 nəfər xəsarət alıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Avstriyada şəhərətrafı sərnişin qatarının sahibsiz vaqonla toqquşması nəticəsində 16 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Aşağı Avstriya Federal Torpağın Vizelburq şəhərinin vağzalında baş verib.

Məlumata görə, iki yük qatarı öz-özünə köməkçi yoldan çıxaraq Sankt-Pyolten şəhərindən Şaybsa hərəkət edən şəhərətrafı qatara çırpılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti