Avstriyada qatarların toqquşması nəticəsində 50-dən çox adam xəsarət alıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün səhər Avstriyanın Zaltsburq şəhərindəki mərkəzi dəmir yolu vağzalında iki sərnişin qatarı toqquşub.

"Report" xəbər verir ki, bu barədə "Salzburg24" portalı məlumat yayıb.

Hadisə nəticəsində 50-dən çox adam xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisənin başvermə şəraiti və səbəbləri aydınlaşdırılır.

Digər xəbərlər