Avstriyada qar uçqunları bir gündə 9 nəfərin həyatına son qoyub

Avstriyada son 24 saat ərzində bir neçə qar uçqunu 9 nəfərin həyatına son qoyub.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Polisin məlumatına görə, üç müxtəlif ərazidə 8 nəfər ölüb. Bu hadisələrdən birində isveçlilər və onların avstriyalı bələdçisi həyatını itirib.

Tirol federal torpaqlarının hökuməti bir nəfərin uçqun nəticəsində öldüyünü, bir nəfərin isə itkin düşdüyünü bildirib.

Səlahiyyətlilər dağa çıxanlara qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Digər xəbərlər