Avstriyada partlayış nəticəsində bina uçub, 9 nəfər yaralanıb

Avstriyanın Tirol Federal Torpağında supermarketdə təbii qazla işləyən qurğunun partlaması nəticəsndə 9 nəfər xəsarət alıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 23-də Sankt Yodok am Brenner rayonunda baş verib.

Yanğından sonra partlayış baş verib. Rayonun burqomisteri Klaus Unqerank deyib ki, çox güclü partlayış olub: “Nəticədə bina uçub. Bura çox fəlakətli görünür”.

Xilasedicilər bildirib ki, 9 nəfər yaralanıb, bir nəfər isə dağıntılar altında qalıb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10