Avstriyada 3 günlük matəm elan edildi

Bu gün Vyanada törədilən terror hücumları zamanı ölənlərin xatirəsinə ehtiram olaraq hökumət noyabrın 3-dən 5-dək ölkə üzrə matəm elan edib.

“Report” hökumətin saytına istinadən xəbər verir ki, bu gün saat 12-də bir dəqiqəlik sükut gözlənilməklə rəsmi idarələrin qarşısında dövlət bayraqları endirilib.

Xatırladaq ki, Vyanada 6 məkanda, o cümlədən şəhər sinaqoqunun qarşısında naməlum şəxslər tərəfindən hücumlar törədilib, nəticədə 3 nəfər ölüb, 15 nəfər də xəsarət alıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb. Hökumət əhalini evdən çıxmamağa çağırıb.

Polis tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10