Avstraliyanın Melburn şəhərində yerləşən "Love Machine" gecə klubunda baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Straits Times" qəzeti yazıb.
Bildirilir ki, atışma bazar günü baş verib. Yaralıların vəziyyəti barədə məlumat yoxdur. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma gedir.