Bakı. 10 noyabr. REPORT.AZ/ Avstraliya polisi bildirib ki, Melbrunda bıçaqla insanlara hücum etmiş kişi avtomobilində olan qaz balonlarını partlatmaq niyyətində olub.
"Report" ABC-yə istinadən xəbər verir ki, bunu Viktoriya ştatının polis şefinin nümayəndəsi Qrem Eşton deyib.
"Deyəsən o, bizim hazırkı ehtimallarımıza görə, balonları alovlandırmaq üçün yanğın törətmək istəyib", - deyə Qrem Eşton bildirib.
Qeyd olunur ki, barbekyu üçün qril zamanı istifadə olunan qaz balonlarını partlatmaq alınmayıb.
Bundan əvvəl Avstraliyanın Melburn şəhərində naməlum şəxsin bıçaqla polislərə hücum etdiyi xəbər verilib.