Avstraliyanın cənubunda 5,5 bal gücündə zəlzələ olub

Avstraliyanın cənub sahilində, Hind okeanında 5,5 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, yeraltı təkanların mərkəzi ölkənin Olbani şəhərindən 1086 km şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində sunami və dağıntılar barədə xəbər yayılmayıb.

Digər xəbərlər