Avropola ilk dəfə qadın rəhbərlik edəcək

Bakı. 1 may. REPORT.AZ/ Belçikanın keçmiş cinayət polisi rəhbəri Katrin de Bol bu gün rəsmən Avropa Polis Agentliyinin (Avropol) icraçı direktoru vəzifəsində fəaliyyətə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla Avropol tarixində ilk dəfə quruma qadın rəhbərlik edib.

Qeyd edək ki, Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurası martın 8-də Brüsseldə keçirilmiş iclasda Katrin de Bolu bu vəzifəyə təsdiqləyib. O, bu vəzifədə Rob Ueynraytı əvəzləyib.

Əlavə edək ki, Avropol başçısı dörd il müddətinə təyin olunur.

Digər xəbərlər