Avropada yeni temperatur rekordu qeydə alınıb

Bakı. 2 iyul. REPORT.AZ/ Şənbə günü Avropada yeni temperatur rekordu qeydə alınıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Yunanıstanın Krit adasında yerləşən Mires rayonunda havanın temperaturu +45,9 Selsi dərəcəyə çatıb.

Yunanıstanda bir həftədən artıqdır ki, havalar isti keçir, lakin cümə axşamından etibarən temperatur +40 dərəcədən aşağı düşmür.

Digər xəbərlər