Avropanın şimal-qərbində "Kiaran" qasırğası nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Avropa KİV-i məlumat yayıb.
Daşqınlar nəticəsində İtaliyanın Toskana şəhərində 3 nəfər fəlakətin qurbanı olub. Həmçinin Fransada və Belçikada 2 nəfər ölüb.
İspaniyanın paytaxtında bir qadın ölüb, 3 nəfər yaralanıb.
Qasırğa nəticəsində Niderland və Almaniyada ölənlərin olduğu bildirilir. Niderlandın Limburq əyalətində 1 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.