Avropa Şurasının Ukraynadakı ofisinin rəhbərinin 3 400 dolları oğurlanıb

Bakı. 20 iyun. REPORT.AZ/ Naməlum şəxslər isveçli diplomat, Avropa Şurasının Ukraynadakı ofisinin rəhbəri Morten Enberqin 3 400 dollarını oğurlayıb. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Kiyevdə restoranların birində qeydə alınıb. 

Cibgirlər "Paul" adlı fransız restoranına gəlmiş Morten Enberqin çantasından 3 400 dollar oğurlayıblar. 

Cinayətkarların tapılması məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət kameralarında olan görüntüləri araşdırır. 

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43
Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28