Bakı. 1 dekabr. REPORT.AZ/ Avropa Parlamenti Rusiya ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin dayandırılması məsələsini nəzərdən keçirməyi təklif edib.
Bu barədə "Report" Rusiya KİV-nə istinadən xəbər verir.
Bildirilir ki, bu sazişin qarşılıqlı maraq doğuran mövzulara üzrə əməkdaşlıqla əvəzlənməsi təklif olunur.
Həmçinin qeyd edilir ki, "Şimal axını - 2" layihəsi Avropa İttifaqının (Aİ) Rusiya qazından asılılığını artırır və bu, Aİ-nin vahid enerji bazarı üçün təhlükə yaradır.
Vurğulanır ki, Rusiya yaxın gələcəkdə Aİ-nin əsas tərəfdaşlarından biri olaraq qalacaq.