Avropa Parlamenti Avropa Komissiyasının üzvlüyünə daha bir namizədi təsdiq etməyib

Avropa Parlamenti Avropa Komissiyasının üzvlüyünə Fransa nümayəndəsi Silvi Quların namizədliyini təsdiq etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentdə ən çox əksəriyyətə malik Avropa Xalq Partiyasının açıqlamasında bildirilir.

Bundan əvvəl Macarıstan və Rumıniyadan olan deputatların da namizədliyi qəbul olunmamışdı.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09