Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Ukraynada rəsmi səfərdədir.
“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Mən Kiyevə Avropa İttifaqının Ukraynaya dəstəyini müzakirə etmək, təcili maliyyə dəstəyi və 2023-cü il üçün planlarımızı müzakirə etmək üçün gəlmişəm”, - vitse-prezident qeyd edib.
V.Dombrovskis bildirib ki, Kiyevdə Prezident Volodimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşəcək. Vitse-prezident görüşlər çərçivəsində Aİ və Ukrayna arasında daha sıx iqtisadi inteqrasiya üçün konkret addımları müzakirə etməyi planlaşdırır.