“Ukraynadakı müharibədən qaçanlara dəstək oluruq”.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter səhifəsində yazıb.
O qeyd edib ki, Avropa müdafiəyə ehtiyacı olanların yanındadır: “Putinin bombalarından qaçanların hamısı Avropada xoş qarşılanır. Sığınacaq axtaranları müdafiə edəcəyik”.