Avropa Komissiyası bu həftə Avropa İttifaqının (Aİ) xarici sərhədlərini 1 iyul tarixindən açmağı tövsiyə edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borell bildirib.
“Bu həftə Avropa Komissiyası öz dəyərləndirilməsini təsdiqləyib 1 iyul tarixindən etibarən xarici sərhədlərdəki məhdudiyyətləri tədricən ləğv etməyə dair mövqeyini açıqlayacaq”, - o qeyd edib.
Bundan əvvəl koronavirusun yayılmasının qarşısını almaq üçün Aİ-nin həm xarici, həm də daxili sərhədləri bağlanmışdı.